"Çelsi"nin futbolçusu İstanbul klubunda
"Fatih Karagümrük" transfer dönəminin son günlərində Premyer Liqanın nəhəng klubu "Çelsi"nin heyətində çıxış edən David Datro Fofananı icarəyə götürdüyünü açıqlayıb. Müqaviləyə satınalma opsiyası da daxil edilib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı Fil Dişi Sahilli hücumçunu 1 illik icarə əsasında heyətinə qatıb. Fofana ötən mövsümün ilk yarısında "Göztəpə"nin formasını geyinmişdi.
"Klubumuz 'Çelsi'nin 22 yaşlı hücumçusu David Fofana ilə satınalma şərti ilə 1 illik icarə əsasında razılıq əldə edib. Keçən mövsümün ilk yarısında 'Göztəpə'də icarə əsasında çıxış edən Fil Dişi Sahilli futbolçumuz karyerasına 2020/2021 mövsümündə 'Molde'də başlayıb. 'Molde'də 65 oyunda 24 qola imza atan Fofana, 2022/2023 mövsümündə Premyer Liqanın tanınmış klublarından biri olan 'Çelsi'yə transfer olunub. O, həmçinin 'Union Berlin' və 'Börnli'də də icarə əsasında forma geyinib. UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında təcrübə qazanan, Fil Dişi Sahili A milli komandasının da formasını geyinən David Fofana ailəmizə xoş gəlmisən! Qırmızı-qara formamız altında sənə uğurlar arzulayırıq."
© Copyright 2026, All Rights Reserved