Emre Belözoğlunun yeni komandası məlum oldu
"Antalyaspor"dan ayrılan Emre Belözoğlunun karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
90plus.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Türkiyə Superliqasının digər klubu “Eyüpspor”un baş məşqçisi postuna gətiriləcək.
Məlumata görə, yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq. Belözoğlu bu vəzifədə Selçuk Şahini əvəz edəcək.
Qeyd: Emre Belözoğlu 2024-cü ilin yanvarında “Antalyaspor”un sükanı arxasına keçmişdi. O, daha əvvəl “Başakşehir” və “Ankaragücü” komandalarında da baş məşqçi kimi çalışıb.
© Copyright 2026, All Rights Reserved