Fatih Terim çexlərə yüksək məbləğ "oxudu"
Türkiyəli məşqçi Fatih Terim Çexiya Futbol Federasiyasından baş məşqçi postu üçün yüksək maaş istəyib.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis aylıq 100 min avro məvacib tələb edib.
Çexiya Federasiyası hazırda müxtəlif namizədlərlə danışıqlar aparır və Terim də potensial variantlardan biri kimi dəyərləndirilir.
Qeyd: Fatih Terim daha əvvəl “Qalatasaray”, “Milan” və Türkiyə millisində çalışıb.
© Copyright 2026, All Rights Reserved