"Fənər" Ferdinin yerini ingilislə doldurur
Ferdi Kadıoğlu'nun "Brayton"a transferi ilə sol cinah müdafiəçisi transferini sürətləndirən "Fənərbağça"nın gündəminə "Gent"li Arçi Broun daxil olub.
90plus.az xəbər verir ki, Ferdi Kadıoğlu'nun Premier Liqa təmsilçisi "Brayton"a keçməsi ilə sol cinah müdafiəçisi transferinə yönələn "Fənərbağça"nın gözü Arçi Broundadır. 22 yaşlı futbolcu "Sarı-göylər" üçün təklif edilib. Bu məlumatdan sonra "Fənərbağça" rəhbərliyi, Yamayka əsilli İngilislə müqavilə bağlamaq üçün "Gent" klubuyla əlaqə saxlayıb.
3 Sentyabrda Avropa üçün siyahını UEFA-ya təqdim edəcək olan "bülbüllər", həftə sonuna qədər bu transferi tamamlamağı planlaşdırır. Bu mövsümdə liqada 4, Avropada isə 5 oyunda iştirak edən gənc futbolçu, hücum qabiliyyəti ilə diqqət çəkir. Broun keçən mövsümdə 31 qarşılaşmada rəqiblərinə 63 dəfə "feyk" ataraq, Belçika Liqasında bu sahədə birinci olub. Belçika klubunun, "Fənərbağça"dan 12 milyon avro transfer haqqı tələb etdiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved