“Fənərbağça” 6 qollu oyunda qalib gəldi, zirvədə fərq azaldı
Türkiyə Super Liqasının 12-ci turunda “Fənərbağça” doğma meydanda “Kayserispor”u qəbul edib. Gərgin keçən qarşılaşma “Fənərbağça”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
90plus.az xəbər verir ki, “Fənərbağça” bu nəticə ilə həm lider “Qalatasaray”ın xal itirdiyi turdan maksimum yararlanıb, həm də zirvədəki xal fərqini 1-ə endirib. Görüşdə meydan sahiblərinin qollarını Nene (2), Kərəm və Asensio vurublar. Qonaq komandanın hər iki qoluna isə son həftələrin formda futbolçusu Onuqxa imza atıb:
Fənərbağça 4 - 2 Kayserispor
M. Asensio 38'
Nene Dorgeles 40', 50’
German Onugha 53', 75’
Kerem Akturkoglu 63'
Qollar:
https://t.me/doxsanplus/110478
https://t.me/doxsanplus/110479
https://t.me/doxsanplus/110481
https://t.me/doxsanplus/110482
https://t.me/doxsanplus/110484
https://t.me/doxsanplus/110485
Qələbə sayəsində xallarını 28-ə yüksəldən “Fənərbağça” turnir cədvəlində ikinci pillədə qərarlaşıb:
1. Qalatasaray - 29 xal;
2. Fənərbağça - 28 xal.
“Kayserispor” isə 9 xalla çempionatın aşağı hissəsində, düşmə zonasının bir addımlığında qalıb.
“Sarı-göylər” növbəti turda səfərdə “Çaykur Rizəspor”un qonağı olacaq.
© Copyright 2026, All Rights Reserved