"Fənərbağça" Samsunda 2 xal buraxdı
90plus.az xəbər verir ki, Super Liqasının 8-ci turu çərçivəsində "Samsunspor"un qonağı olan "Fənərbağça" səfərdən yalnız 1 xalla ayrılıb. "Samsun Yeni 19 May" stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə – 0:0 hesabı ilə başa çatıb.
"Fənərbağça" bu nəticə ilə lider "Qalatasaray"ın xal itirdiyi turda aradakı fərqi azaltmaq şansını əldən verib və xal fərqini 4-ə endirmək fürsətini qaçırıb.
Bu nəticə ilə "Fənərbağça" mövsümdə 4-cü dəfə bərabərə qalıb və 8 turdan sonra 16 xalla 4-cü pillədə qərarlaşıb. Ev sahibi "Samsunspor" isə 13 xalla 7-ci sırada yer alır.
© Copyright 2026, All Rights Reserved