“Fənərbağça”da iki futbolçu əsas heyətdən kənarlaşdırıldı
“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə komandanın iki üzvü – İrfan Can Kahveci və Cenk Tosun əsas heyətdən uzaqlaşdırılıb.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, hər iki futbolçu növbəti qərara qədər əsas komandanın məşqlərində iştirak etməyəcək.
Türkiyə mediasının məlumatına görə, baş məşqçi Tedeskonun bu qərarı verməsinə səbəb həmin oyunçuların komanda daxilində mənfi təsir yaratmasıdır.
Qeyd: İrfan Can Kahveci bu mövsüm “Fənərbağça”nın heyətində 12 rəsmi matçda forma geyinsə də, nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb. Cenk Tosun isə 7 oyunda iştirak edib və yalnız 1 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved