"Fənərbağça" prezidentinə hücum! VİDEO
"Göztəpə - Fənərbağça" matçının 1-ci hissəsində qonaqların prezidentinə hücum olundu.
90plus.az xəbər verir ki, Türkiyə çempionatının 2-ci turunda keçirilən matçda "Fənərbağça" prezidenti Ali Koça hücum olunub.
"Fənərbağça"nın prezidenti içəri biletlə buraxılmayan azarkeşlər üçün stadiona enib və burda zərbəyə məruz qalıb. Ev sahiblərindən vəzifəli bir şəxs Ali Koçu itələyib. Daha sonra həmin şəxs göz altına alınıb.
VİDEO: https://www.instagram.com/reel/C-yUoTJIRm6/?igsh=bmF6YzVmNDhpMTd0
Ali Koça hücum edən şəxsin ifadəsi üzə çıxıb.
“Ali Koçu meydandan çıxarmaq istəyirdim. Stadion nəm idi. Sürətimi tənzimləyə bilmədim. Bilmədən itələdim. Mənim xəsarət vermək fikrim yox idi”.
Qeyd: "Fənərbağça" İzmirdə birinci hissəsini 2-0 irəlidə bitirdiyi matçda qələbə qazana bilməyib. Matç 2-2 bitib.
© Copyright 2026, All Rights Reserved