Şotlandiya futbolunda tarixi sensasiya!
Şotlandiyada tarixi sensasiya yaxınlaşır – çempion son turda müəyyənləşəcək.
90plus.az xəbər verir ki, Şotlandiya Premyer Liqasının taleyi son turda həll olunacaq. Çempionluq uğrunda mübarizədə "Seltik" və "Heart" üz-üzə gələcək.
Maraqlıdır ki, Şotlandiya futbolunda son 40 ildə “Seltik” və ya “Reyncers”dən başqa heç bir klub çempion ola bilməyib. Bu seriyanı sonuncu dəfə 1985-ci ildə Aberdeen qırmışdı.
“Hearts”ın özünün isə son çempionluğu 1960-cı ilə təsadüf edir. Edinburq təmsilçisi bu mövsüm titul qazana bilsə, bu, müasir Avropa futbol tarixinin ən böyük sensasiyalarından biri hesab olunacaq.
Komanda mövsüm boyunca sabit çıxışı ilə diqqət çəkib və son tur öncəsi azarkeşlər arasında böyük həyəcan yaranıb. Şotlandiya futbolunda uzun illərdir davam edən “Seltik” – “Reyncers” hegemoniyasının sona çatıb-çatmayacağı isə əsas müzakirə mövzusuna çevrilib.
© Copyright 2026, All Rights Reserved