"Fənər"in futbolçusu millidə zədələndi
90plus.az xəbər verir ki, Dünya Kubokunun Avropa seçmə mərhələsi G qrupunun 7-ci turunda Polşadakı "Narodoviy" Stadionunda başlayan oyuna start heyətlə çıxan Sebastyan Şimanski 13-cü dəqiqədə zədələnərək yerini Kapustkaya verdi.
Matçın gedişində Polşa 43-cü dəqiqədə Kaminskinin qolu ilə önə keçsə də, Niderland 47-ci dəqiqədə Depay ilə hesabı bərabərləşdirdi.
Bu nəticədən sonra Polşa 14 xala, Niderland isə 17 xala yüksəldi.
© Copyright 2026, All Rights Reserved