"Fənər"in futbolçusuna Avropadan "elçilər" var
90plus.az xəbər verir ki, "Fənərbağça"nın polşalı yarımmüdafiəçisi Sebastyan Şimanski bir neçə aparıcı Avropa klubunun diqqət mərkəzinə düşüb. Fransanın "Lion" klubu və bir neçə Bundesliqa təmsilçisi 26 yaşlı futbolçunu yaxından izləyir.
Uzun müddətdir Şimanski ilə maraqlanan və mövsümün əvvəlində rəsmi sorğu göndərən "Lion"un yaxın aylarda "Fənərbğça" ilə yenidən əlaqə saxlayacağı bildirilir.
Bu arada Almaniya Bundesliqasının klubları — "RB Leypsiq", "Ayntraxt Frankfurt" və "Köln" — də futbolçu ilə maraqlanır. Yanvar transfer pəncərəsində bu klublardan rəsmi təkliflərin gözlənildiyi qeyd olunur.
"Fənərbağça"nın Şimanskini "RB Leypsiq"in futbolçusu Baumqartner ilə mübadilə etməyə açıq olduğu, eyni zamanda minimum 15 milyon avro transfer haqqı tələb etdiyi deyilir. "Ayntraxt Frankfurt" yarımmüdafiə xəttini gücləndirmək üçün Şimanskini əsas hədəf kimi görür. "Köln"ün baş məşqçisi, polyak əsilli Lukas Kvasnyok isə həmvətənini heyətində görməkdə xüsusilə israrlıdır.
© Copyright 2026, All Rights Reserved