Hakim Ziyeş Türkiyə klubundan gələn təklifi qəbul etmədi
Mərakeş yığmasının futbolçusu Hakim Ziyeş Türkiyə klubundan gələn təklifi rədd edib.
90plus.az xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumata əsasən, 32 yaşlı cinah oyunçusu “Kocaelispor”un ona etdiyi müraciəti qəbul etməyib.
İzmit klubunun təqdim etdiyi maaş təklifi cazibədar olsa da, Ziyeş bu komandada çıxış etməyə maraq göstərməyib.
Qeyd: Təcrübəli futbolçu daha əvvəl “Herenven”, “Tvente”, “Ayaks”, “Çelsi”, “Qalatasaray” və “Əl-Duhail” kimi klubların formasını geyinib.
© Copyright 2026, All Rights Reserved