İkardi bombardir olmaq yolunda irəliləyir
Mauro İkardi “Qalatasaray” komandasının heyətində son 2 mövsümdə 55 qol vurub və hazırda komandanın tarixində ən çox fərqlənən oyunçu olmaq yolundadır.
90plus.az xəbər verir ki, futbolçu “Qalatasaray" klubunun çıxış etdiyi bütün turnirləri nəzərə alaraq, əlavə 18 qol vurmalıdır.
Qeyd: İkardi "Qalatasaray"da 116 matçda 61 qol vuran Milan Baroşa yetişə bilər. Siyahıda 1-ci mərtəbəni isə ötən əsrin 90-cı illərinin ikinci yarısında “Qatalasaray”da çıxış edən Rumıniya futbolunun əfsanəsi Georgi Hacidir tutur. G.Hacinin 192 matçda 72 qolu var.
Mənbə: baberkibris.com
© Copyright 2026, All Rights Reserved