İspaniyada bir "türk" komandası! ARAŞDIRMA
"Deportivo"nun türk sevgisi hardan qaynaqlanır?
90plus.az sizin üçün araşdırdı.
"Deportivo La Coruña" 1906-cı ildə təsis olunmuş İspan futbol klubudur. 1993-94 mövsümündə 56 xal toplayaraq, qol fərqi ilə çempionluğu "Barselona"ya verən "Deportivo", 1999-2000 mövsümündə 69 xalla La Liqa çempionu olur.
Roy Makaay, Viktor Sançez, Romero və Flavio Konsensao'lu heyəti ilə çempionluq qazanan "Deportivo"nun əzəli rəqibi "Selta Viqo" isə həmin mövsümdə liqanı 7-ci yerdə tamamlayıb.
Bu iki komanda, İspaniyanın Qaliçiya bölgəsində yerləşən iki qonşu şəhərin komandalarıdır. Azarkeşlər arasındakı rəqabət nəticəsində, "Selta Viqo" azarkeşləri "Deportivo"luları əzmək üçün "los turcos" (türk) ləqəbini qoyurlar. Lakin bu vəziyyət belə olmur. Bu ləqəb "Deportivo"luların xoşuna gəlir və rəsmi olaraq "los turcos" ləqəbini qəbul edirlər. Onlar "türk kimi güclü" şəklində bir şüar da yaradırlar.
BƏS NİYƏ "LOS TURCOS"?
İndi isə 16-cı əsrin əvvəllərinə gedək. Osmanlı İmperatorluğu dövrün ən güclü dövlətlərindən biri idi və dənizlərdə portuqallarla rəqabət halında idi. Barbaros Xeyrəddin Paşa komandirliyindəki Osmanlı ordusu, İspaniyanın Qaliçiya bölgəsində portuqallarla qarşılaşır. Lakin portuqallar, Koruna bölgəsindəki xalqı vergi ödəməyə məcbur edirlər. Barbaros Xeyrəddin Paşa isə bölgə xalqına heç bir zərər verməmiş, həmçinin onları portuqalların təzyiqlərindən xilas etmişdir. O qədər ki, Barbaros Xeyrəddin Paşa və donanması üçün bölgədə bir qala da ayrılır ki, burada qonaqlana bilsinlər.
Digər tərəfdən, Viqo şəhərində yaşayanlar portuqallara kömək edirlər, lakin işlər istədikləri kimi getmir və portuqallar uzun müddət bu bölgəni nəzarətdə saxlayaraq İspaniya kralı Şarlken-i bu məsələ ilə məşğul edirlər.
Beləliklə, 16-cı əsrdə bölgə xalqı ilə türkler arasında dostluq başlanır və bu günə qədər davam edir. "Deportivo" azarkeşləri də "Selta Viqo" azarkeşlərinə "portuqallar" deyərək onları "xain" hesab edirlər.
"Deportivo La Koruna" azarkeşləri, xüsusilə Yunanıstan komandaları ilə və ya Türkiyə ilə zaman zaman gərginlik yaşayan ölkələrin futbol klubları ilə oyun oynadıqları zaman, stadionlarda mütləq Türk bayrağı qaldırırlar. Həmçinin, liqa oyunlarında da hər zaman tribunlarda Türk bayrağı asılı olur.