Keyndən "Qalatasaray" və Joze Mourinyo haqqında xoş sözlər
Harri Keyn "Qalatasaray" və Joze Mourinyonu təriflədi.
90plus.az xəbər verir ki, "qızıl buts" mükafatını qazanan hücumçu Türkiyə mətbuatına açıqlama verib.
Joze Mourinyo haqqında:
“Jose Mourinyo, şüphesiz dünyanın ən yaxşı məşqçiləri arasında yer alır. Onun möhtəşəm bir karyerası var. Böyük kuboklar qazandı və getdiyi hər yerdə çempionluq yaşadı. Onunla işləmək mənim üçün həqiqətən böyük bir ayrıcalıq idi. Həm yüksək təcrübəyə malikdir, həm də çox ağıllı bir məşqçidir. Ondan çox şey öyrəndim və "Fənərbağça"da da uğurlu olacağına inanıram.”
"Qalatasaray" haqqında:
“Bəli, dediyin kimi, həqiqətən də iki qarşılaşma çox çətin idi. "Qalatasaray"ın hücumda keyfiyyətli oyunçuları var idi. Açıqcası, İstanbul’dakı oyunda çox önəmli fürsətlər əldə etdilər və bizi ümumi olaraq çətin vəziyyətə saldılar. Qazandıq, amma şans da bizim tərəfimizdə idi. Xüsusilə Türkiyədəki oyunda inanılmaz bir atmosfer var idi. Həyatımda heç bu qədər gurultulu bir atmosferdə oyun oynamamışdım. O qarşılaşmanı unutmayacağam.”
Qeyd: Keyn 36 qolla bu il "qızıl buts" mükafatını qazanıb.
© Copyright 2026, All Rights Reserved