“Kocaelispor” prezidenti: “Biz Ayaksdan güclüyük”
“Kocaelispor” prezidenti: “Artıq türk futbolunda ədalət bərpa olunub”.
90plus.az xəbər verir ki, “Kocaelispor” klubunun prezidenti Rəcəb Durul Türkiyə futbolundakı son dəyişikliklər və komandasının hazırkı durumu barədə açıqlama verib.
Durul “Ekol TV”yə müsahibəsində bildirib ki, mərc qalmaqalından sonra sistemin düzəlməsi vacib idi və bu istiqamətdə addımlar atılıb:
“Mərc qalmaqalından sonra artıq vəziyyətin düzəlməsi lazım idi. Artıq tərəf tutulmayacaq və bu gün də bunu təmin etdik. Dünənki və bugünkü oyunlarda ədalət var idi. Belə görünür ki, əvvəllər ədalətsizlik türk futbolunu fərqli istiqamətlərə yönəldib, bəzi komandaları irəli, bəzilərini isə müəyyən yerlərə gətirmişdi. Məğlub olmayacaq komanda yoxdur.”
Prezident həmçinin “Kocaelispor”un gücünü Avropa səviyyəsində dəyərləndirib:
“Avropada ‘Ayaks’ı darmadağın edən çox uğurlu komandalar var. Biz nə dedik? ‘Biz Ayaksdan daha yaxşıyıq’ dedik. ‘Kocaelispor’ həqiqətən də ‘Ayaks’dan daha güclü komandadır. ‘Qalatasaray’ bu fürsətləri və rahatlığı bizim meydanımızda tapa bilməyəcək.”
Qeyd: Super Liqanın son matçında "Kocaelispor" "Qalatasaray"a 1-0 qaıib gəlmişdi.
Durulun bu sözləri Türkiyə idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
© Copyright 2026, All Rights Reserved