Kərəm Aktürkoğlu ilk matçında fərqləndi! VİDEO
"Benfika"nın yeni transferi qolla başladı.
90plus.az xəbər verir ki, Portuqaliya çempionatının 5-ci turunda "Benfika" öz meydanında "Santa Klara" ilə qarşılaşır. Yeni klubunda ilk matçına çıxan Kərəm Aktürkoğlu adını tabloya yazdırmağı bacarıb. O, görüşün 27-ci dəqiqəsində fərqlənərək hesabı bərabərləşdirib.
Qolun videosu:
Qeyd: Kərəm Aktürkoğlu bu mövsüm "Qalatasaray"dan 12 milyon avroya transfer edilmişdi.
© Copyright 2026, All Rights Reserved