“Əl Əhli” Merih Demiralı saxlamağa can atır
“Əl Əhli” Merih Demiral ilə yeni müqavilə imzalamaq istəyir.
90plus.az xəbər verir ki, Türkiyə millisinin müdafiəçisi Merih Demiralın gələcəyi ilə bağlı qərar yaxın zamanda verilə bilər.
Məşhur insayder Fabrizio Romanonun məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl Əhli” klubu 26 yaşlı futbolçunun müqaviləsini uzatmağı prioritet hesab edir. Hazırkı anlaşma 2026-cı ilin iyununda başa çatır.
Qeyd: Demiral ötən gecə Türkiyə millisinin heyətində keçirilən oyunda dubl edib və parlaq çıxışı ilə diqqət mərkəzinə düşüb.
© Copyright 2026, All Rights Reserved