Millimizin futbolçusuna cinayət işi açıldı
Türkiyədə mərc qalmaqalı – Azərbaycan millisinin üzvü istintaqa cəlb olundu.
90plus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Peşəkar Liqa ilə bağlı apardığı araşdırma nəticəsində mərc oyunlarında və danışılmış matçlarda iştirak edən 1024 futbolçunun adını açıqlayıb.
Türkiyə mətbuatının məlumatına görə, siyahıda Azərbaycan millisinin üzvü Mert Çelik də yer alıb. “Neftçi” və “Səbail”in sabiq futbolçusu olan 25 yaşlı müdafiəçi hazırda “Sivasspor”un formasını geyinir. Oyunlara pul qoyuluşunda iştirak etdiyi üçün Mert Çelik barəsində cinayət işi açılıb.
İstintaqın gedişinə qədər futbolçu müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb. Onun 3 aydan 1 ilə qədər cəza alacağı ehtimal olunur.
Qeyd: Mert Çelik Azərbaycan yığmasının heyətində yalnız bir görüşə çıxıb — bu, 2025-ci ildə Belarusla keçirilmiş yoxlama oyunu olub (0:2).
© Copyright 2026, All Rights Reserved