Mourinyo “Fənərbağça”dan tez ayrılma səbəbindən danışdı
“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Fənərbağça”dan erkən ayrılmasının səbəblərini açıqlayıb.
90plus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Fənərbağça”da çalışarkən Kerem Aktürkoğlunu transfer etmək istədiyini, lakin buna nail ola bilmədiyini etiraf edib.
“Arouka” ilə oyun öncəsi keçirilən mətbuat konfransında danışan təcrübəli baş məşqçi həm keçmiş dönəmi, həm də hazırkı vəziyyəti barədə diqqətçəkən fikirlər səsləndirib.
Mourinyo deyib: "Mən ‘Benfika’nın heyətini o qədər çox bəyənirdim ki, oradan çox vacib bir futbolçunu almaq istədim. Bunun üçün hər şeyi sınadım. Bəlkə də ‘Fənərbağça’dan bu qədər tez ayrılmağımın səbəblərindən biri, ‘Benfika’dan oyun planıma çox uyğun olan həmin futbolçunu transfer edə bilməməyin yaratdığı məyusluq idi.”
Portuqaliya mətbuatının iddiasına görə, Mourinyonun söhbət açdığı futbolçu yay transfer pəncərəsində “Fənərbağça”ya keçən Kerem Aktürkoğludur.
Təcrübəli mütəxəssis həmçinin əlavə edib:
“Benfika”nın heyəti bir çox baxımdan çox yaxşıdır, amma hələ də bir-iki futbolçuya ehtiyacımız var. Yanvarda komandamızı gücləndirəcək bir və ya iki transfer mütləq edəcəyik.”
© Copyright 2026, All Rights Reserved