Mourinyo: "Mənə hörmətsizlik etdilər"
"Fənərbağça"nın dünyaca məşhur baş məşqçisi Joze Mourinyo özünə qarşı hörmətsizlikdən gileylənib.
90plus.az xəbər verir ki, Super Liqa matçında əzəli rəqibləri "Qalatasaray"a 1-3 hesabı ilə uduzan portuqaliyalı mütəxəssis bunları deyib:
"Mənə hörmətsizlik edildi"...
"24 illik karyeram boyunca heç vaxt, hətta məğlubiyyətlərdə belə, mətbuat konfranslarından yayınmamışam.
Matçdan sonra rəqibin baş məşqçisini təbrik etdim və müsahibəyə hazır idim. Amma 70 dəqiqə gözlədim və mətbuat konfransına girişimə icazə verilmədi. Bu, qəbuledilməzdir mənə hörmətsizlik edilib".
"Böyük qələbə məni aya çıxarmaz, amma böyük məğlubiyyət də məni cəhənnəmə aparmaz".
© Copyright 2026, All Rights Reserved