Mourinyo mətbuat konfransı keçirmədi
Trendyol Süper Liqasının 6-cı həftə qarşılaşmasında "Fənərbağça" evində derbi oyununda "Qalatasaray" komandasını qəbul etdi.
90plus.az xəbər verir ki, qarşılaşma "Qalatasaray"ın 3-1-lik üstünlüyü ilə sona çatdı. Sarı-qırmızılıların qollarını Lukas Torreira, Dris Mertens və Qabriel Sara vurdu.
Mübarizənin başa çatmasından sonra "Fənərbağça" baş məşqçisi Joze Mourinyo mətbuat konfransına qatılmadan stadionu tərk etdi. Mourinyo yalnız yayımçı quruma qarşılaşma ilə bağlı şərhlər verdi.
Okan Burukun mətbuat konfransına gecikməsi və konfransın uzanması səbəbindən Mourinyo oyun sonunda mətbuat konfransına qatılmadı.
© Copyright 2026, All Rights Reserved