Mourinyo: "Niyə "Qalatasaray"a vərəqə verilmir?"
“Türkiyədə təkcə "Qalatasaray" vərəqə görmür. Digər bütün komandalar vərəqə alır"
90plus.az xəbər verir ki, bu sözləri "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo deyib.Joze Mourinyo "Alanyaspor"a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil edilən mətbuat konfransında diqqətçəkən açıqlamalar verib.
Portuqal mütəxəssis bu sözləri ilə "Qalatasaray"a vərəqə göstərilməməsi və ya az göstərilməsini tənqid edib:
"Hər epizodda vərəqə alırıq. Belə olmaz, hakimlər ritmi öldürür. Bu ölkədə vərəqə almayan tək komanda "Qalatasaray"dır".
© Copyright 2026, All Rights Reserved