Mourinyo: "Okanın hakimlə dost olduğunu bilmirdim"
Mourinyo Türkiyədə maraqlı açıqlamaları ilə gündəmi zəbt etməkdə davam edir.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 5-ci həftəsində "Fənərbaxça" qonaq olduğu "Kasımpaşa"nı Saint Maksimin və Dusan Tadiçin qolları ilə 2-0 məğlub etdi. Sarı-lacivərdlilər xallarını 13-ə yüksəltdi.
"Fənərbaxça"nın baş məşqçisi Jose Mourinho qələbəni beIN SPORTS-a dəyərləndirdi.
Portuqaliyalı çalışdırıcı, "Oyunu bəyənmədim. Nəticəni bəyəndim. İlk yarı xoşuma gəldi, amma ikinci yarı xoşuma gəlmədi. Eyni həvəsi göstərmədik. Çox texniki səhvlər etdik. Oyuna istədiyimiz qədər nəzarət edə bilmədik. Sanki oyunçularım 3 xalı alıb evə getmək istəyirmiş kimi idi. Amma millinin oyunlarından sonra əksər komandalar xal itirir. Bu aralardan sonra yorğunluq olur. Diqqətinizi itirə bilərsiniz. Bu səbəbdən 3 xal yaxşıdır," dedi.
"Çox top itirdik," deyən Mourinho, "Topa nəzarət etməkdə sabit ola bilmədik. İkinci yarıda yaratdığımız heç bir imkan yox idi. Qələbə arzusu da görmədim. Oyunu idarə etməkdə çətinlik çəkmədik, amma mən fərqli bir şey gözləyirdim. İki həftəlik milli fasilədən sonra bu oyunu qəbul edə bilərəm," şəklində danışdı.
OKAN BURUK HAQQINDA SÖZLƏR
"Qalatasaray"ın baş məşqçisi Okan Burukun hakim Halil Umut Meler ilə dostluğu haqqında sual verildikdə, Jose Mourinho, "Okanın bu hakimlə yaxın dost olduğunu bilmirdim. İndi siz deyəndə öyrəndim. Hakimlər ədalətli olduğu müddətcə prezidentlərlə, baş məşqçilərlə və jurnalistlərlə dost ola bilərlər” cavabını verdi.
© Copyright 2026, All Rights Reserved