Mourinyo “Qalarasaray”a tərəfkeşlik edilməsindən narazıdır
”Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo klubun əzəli rəqibi "Qalatasaray"ı tənqid edib.
90plus.az xəbər verir ki, Mourinyo "Sarı-qırmızılar"a tərəfkeş kimi yanaşıldığından narazıdır:
"Düşünürəm ki, "Qalatasaray"a fərqli baxış var. Bu, mənim təbiətimə ziddir. Çünki 90 dəqiqə hər kəsin eyni olduğunu düşünürəm. Qaydalar, istər Qvardiola, Ançelotti, istərsə də gənc məşqçi olsun, hamı üçün eynidir.
“Qalatasaray”ın yerli matçlarına baxdığımızda fərq var. Bu da liqanın etibarına ziddir".
Mənbə: HT Spor
© Copyright 2026, All Rights Reserved