Mourinyo: "Sıfırdan başlayırıq"
Mourinyo Avropa Liqasını qazanacağına inanır.
90plus.az xəbər verir ki, Super Liqada keçən həftəsonu öz meydanında "Qalatasaray"a 3-1 hesabı ilə məğlub olan "Fənərbağça"da həm baş məşqçi Jose Mourinyo, həm də rəhbərlik tənqid hədəfinə çevrilmişdi.
Sarı-Lacivərtlilərdə vitse-prezident Acun Ilıcalı, "Bu, bir yol qəzasıdır. Məşqçimiz Mourinyo, lazım olanı edəcəkdir" ifadələrini işlətmişdi.
MOURINYO İŞƏ BAŞLADI
Derbi məğlubiyyətindən sonra ruh düşkünlüyü yaşanan "Kanarya"da portuqaliyalı baş məşqçi işə qoşulub. Avropa Liqasında cümə axşamı günü Kadıköydə oynayacaqları Union Saint-Gilloise matçını hər cəhətdən böyük bir fürsət kimi görür.
"BU, BİZİM ÜZR MAÇIMIZDIR"
Çempionlar Liqasında "Lill"ə məğlub olduqdan sonra "Çempionlar Liqasını heç vaxt qazana bilməzdik, amma bəzi böyük komandaları məğlub edə bilərdik. Avropa Liqasında isə şansımız var. Çünki orada öz səviyyəmizdəki komandalarla qarşılaşacağıq" deyən dünyaca məşhur məşqçi, həm bu sözünün arxasında olduğunu meydanda göstərmək, həm də yaxşı futbol və qələbə ilə azarkeşlərindən üzr istəməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved