Nuri Şahin Türkiyəyə bu klubla döndü
90plus.az xəbər verir ki, "Başakşəhər" klubu baş məşqçi vəzifəsinə Nuri Şahinlə prinsipal razılığa gəldiyini açıqlayıb. Klubun sosial media hesabından edilən paylaşımda, təcrübəli çalışdırıcının komandaya rəhbərlik edəcəyi rəsmi şəkildə təsdiqlənib.
Çağdaş Atanla yollarını ayıran İstanbul təmsilçisi, yeni dönəmdə sükanı Nuri Şahinə tapşırır.
Verilən məlumata görə, 15 sentyabr Bazar ertəsi günü klub prezidenti Göksəl Gümüşdağın da iştirakı ilə Nuri Şahin üçün imza mərasimi keçiriləcək.
Son olaraq Almaniya Bundesliqasının nəhəng klubu "Borussiya Dortmund"da çalışmış olan Nuri Şahin daha öncə də "Antalyaspor"un baş məşqçisi olub. Bu təyinatla birlikdə Şahin yenidən Türkiyə Super Liqasına qayıdır.
Mövsümə zəif başlayan "Başakşəhər" Super Liqada bu günə qədər iki oyuna çıxıb və hər iki matçdan bərabərliklə ayrılıb. Komandanın digər iki qarşılaşması isə Konfrans Liqası oyunları səbəbilə təxirə salınıb.
© Copyright 2026, All Rights Reserved