Oğuzhan Özyakup futboldan getdi
Niderland əsilli türkiyəli futbolçu Oğuzhan Özyakup 31 yaşında futbolçu karyerasını yekunlaşdırdı.
90plus.az xəbər verir ki, Türkiyə millisinin və "Beşiktaş"ın sabiq futbolçusu Oğuzhan Özyakup şəxsi sosial media hesabında paylaşım edərək futboldan ayrıldığını açıqlayıb:
“Çox şanslıyam ki, hər zaman hədəfləri və xəyalları olan komandalarda oynamaq şansım olub. Heç vaxt unutmayacağım çempionluqlar və kuboklar üçün matçlar oynadım. Son 2 mövsümdə çətin və həyəcanlı matçlar keçirsəm də, artıq oynadığım futbol üslubundan razı olmadığımı və olmaq istədiyim yerdən çox uzaqda olduğumu anladım və bu qərarı vermək üçün çox düşündüm".
Oğuzhanın qazancı:
Klub karyerası: 404 oyun, 46 qol, 75 məhsuldar ötürmə;
Milli karyerası: 43 oyun, 1 qol, 3 məhsuldar ötürmə.
Kuboklar:
3 qat Türkiyə Superliqası çempionu;
1 dəfə Türkiyə Kuboku;
1 dəfə Türkiyə Superkuboku.
© Copyright 2026, All Rights Reserved