Osimhen: "İkardidən öyrənməli olduğum şeylər var"
"Qalatasaray"ın yeni hücumçusu Viktor Osimhen dünənki oyundan sonra danışıb.
90plus.az xəbər verir ki, nigeriyalı hücumçu İkardi və Batşuayidən öyrənməli şeylərin olduğunu vurğulayıb.
"İkardi futbolun əfsanəsidir. Batşuayi də ölümcül oyunçudur. Həm İkardidən, həm də Batşuayidən öyrənməli olduğum şeylər var. Hamımız "Qalatasaray"ı daha da irəli aparacağıq."
Qeyd: "Qalatasaray" dünən "Rizəspor"la matçdan 5-0-lıq qalibiyyətlə ayrıldı.
Mənbə:beIN Sports
© Copyright 2026, All Rights Reserved