Osimhen "Qalatasaray"a keçmək istəmirmiş
Osimhenin "Qalatasaray"a keçidinin pərdəarxası prosesləri məlum olub.
90plus.az xəbər verir ki, transfer dövrünün bağlanmasına az qalmış dünyaca məşhur ulduz hücumçu Viktor Osimhenin "Qalatasaray"a keçidinin pərdəarxası bəlli olub.
"Napoli"nin idman direktoru Covanni Manna Radio CRC-yə verdiyi açıqlamada, əvvəlcə həm Osimhenin, həm də onların bu transfərə isti baxmadıqlarını bildirib.
Manna transferin necə inkişaf etdiyini belə izah edib:
"Avropada transfer bazarı bağlanmışdı və yay mövsümü bitən kimi Osimhen üçün bizə müraciət etdilər. Əvvəlcə kirayə transferinə nə Osimhen, nə də biz isti baxırdıq. Sonradan oyunçu ilə danışaraq hər kəsi məmnun edən bir həll yolu tapmağı bacardıq. Açığı, onu satmaq istərdik, lakin bu mümkün olmadı".
"Napoli"dən "Qalatasaray"a icarəyə götürülən 25 yaşlı nigeriyalı futbolçu sarı-qırmızı formayla 1 oyunda meydanda olub və 1 məhsuldar ötürmə verib.
© Copyright 2026, All Rights Reserved