Osimhen “Qalatasaray”a kömək edə bilməyəcək
"Qalatasaray"ın yeni transfer etdiyi hücumçusu Viktor Osimhen Avropa Liqasının II turunda iştirak etməyəcək.
90plus.az xəbər verir ki, buna səbəb Osimhenin sol ayağında zədə aşkarlanmasıdır.
25 yaşlı nigeriyalı futbolçu Avropa Liqasının II turunda Latviyanın RFS klubuna qarşı matçda olmayacaq.
Qeyd: Həmin matç oktyabrın 3-nə təsadüf edəcək.
© Copyright 2026, All Rights Reserved