Osimhenin ilk sözləri: "Özümü azarkeşlərə fəda edəcəyəm"
"Qalatasaray"ın yeni ulduzu Viktor Osimhen özünü azarkeşlər üçün fəda edəcəyini söylədi.
90plus.az xəbər verir ki, İstanbul səfəri zamanı klubun kanalına danışan nigeriyalı ulduz dedi:
“Bura tanıdığım bir klubdur. Dünyanın ən böyük klublarından biridir. Mükəmməl azarkeşi var. Mən də bu enerjini yaşamağa gəldim. Buraya alışmağımda Mertensin çox dəstək olacağını bilirəm.”
Onu qarşılamağa gələn azarkeşlərə təşəkkür edən Osimhen “Gecənin bu saatında buraya gələn "Qalatasaray" azarkeşlərinin sevgisini hiss etdim. Hər oyunda özümü "Qlatasaray" azarkeşi üçün fəda edəcəyəm. Hər qolumda çığırış etmələrini, təşviq etmələrini gözləyirəm.” dedi.
Qeyd: "Qalatasaray" Osimheni "Napoli"dən 1 illiyinə icarəyə götürdü.
© Copyright 2026, All Rights Reserved