"Qalatasaray" 3-0 hesablı üstünlüyü əldən verdi
Türkiyə Superliqasında VII turun 3 oyunu baş tutub.
90plus.az xəbər verir ki, çempion mövsümdə ilk dəfə xal itirib.
"Qalatasaray" öz meydanında 3:0 hesablı üstünlüyü qoruya bilməyib. "Kasımpaşa" böyük əzmkarlıq göstərərək, 1 xal qazanıb.
Qalatasaray 3 - 3 Kasımpaşa
V. Osimhen 20', 28’
M. Icardi 34'
M. Fall 44'
H. Hajradinović 83' (P)
Nuno Da Costa 90+5'
Matçdakı qolların videoları:
"Sarı qırmızlar" 7 oyundan sonra 19 xal toplayıblar.
© Copyright 2026, All Rights Reserved