“Qalatasaray” Barışı satmadı
"Qalatasaray" Barış Alper Yılmazı İngiltərə klubuna satmaqdan imtina edib.
90plus.az xəbər verir ki, onun meneceri Tuncay Maldan "Nottingem Forest"in türk futbolçuya 25 milyon avro təklif etdiyini bildirib.
"Nottinqem" transfer pəncərəsinin son günündə bu keçidi reallaşdırmağa çalışıblar. Lakin "Qalatasaray" aparıcı oyunçularından birini satmaq istəməyib.
Qeyd: Barış "Cim-bom"un heyətində 114 oyunda 13 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved