"Qalatasaray" erməni oyunçuya maraq saldı
Türkiyənin “Qalatasaray” klubu Ermənistan millisinin və “Krasnodar” komandasının yarımmüdafiəçisi Eduard Spertsyanı heyətinə qatmaq niyyətindədir.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı oyunçunun transferini yanvar ayında reallaşdırmağı planlaşdırır. Bildirilir ki, futbolçu “sarı-qırmızılar”ın baş məşqçisi Okan Burukun istəyinə əsasən transfer siyahısına daxil edilib.
Rusiyada çıxış edən Spertsyanın klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Erməni yarımmüdafiəçinin Avropanın bir sıra tanınmış komandalarının da diqqət mərkəzində olduğu qeyd olunur.
“Krasnodar” futbolçusunun bazar dəyərinin təxminən 25 milyon avro olduğu bildirilir.
© Copyright 2026, All Rights Reserved