“Qalatasaray” futbolçularına duyğusal ailə məktubları gəlibmiş
“Qalatasaray” oyunçularına ailələri duyğusal sürpriz edibmiş.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının “Liverpul”la oyunundan (1:0) əvvəl “Qalatasaray” futbolçularına ailə üzvləri və yaxınlarından xüsusi məktublar təqdim olunub. 📩✨
Bu jest komandanın motivasiyasını artırmaq məqsədi daşıyıb və oyunçulara duyğusal anlar yaşadıb.
Barış Alper Yılmazın atası oğluna belə müraciət edib:
“Əziz oğlum, səni böyüyüb arzuların uğrunda mübarizə apararkən görmək bizə sözlə ifadə olunmaz sevinc bəxş edir. Heç vaxt unutma ki, hər addımında sənin yanındayıq və səni qeyd-şərtsiz sevirik. Həmişə səninlə qürur duyduq, bundan sonra da duyacağıq. Həyat sənə hansı qapını açsa da, arxasında səni dəstəkləyən ailən olacaq. Qəlbinin saflığı, zəhmətinin bəhrəsi və iradən səni həmişə irəli aparıb və aparacaq. İçindəki bu istək və əzmlə bacarmayacağın heç nə yoxdur. Sən bizim ən böyük qürurumuzsan, ən qiymətli varlığımızsan. – Atan.”
Bardakçının həyat yoldaşının məktubu isə belə olub:
“Sevgilim, sən həm meydanda güclü bir futbolçu, həm də evdə mükəmməl bir həyat yoldaşı və atasan. Səninlə qürur duyuram. Uşaqlarımıza nümunə olan mübarizən və əzmin bizə hər zaman güc verir. Hər zaman sənin yanındayam, səni çox sevirik.”
Bu duyğusal addım “Qalatasaray” düşərgəsində böyük motivasiya yaradıb və komanda “Liverpul” üzərindəki qələbəsini ailələrinin dəstəyi ilə qeyd edib. ✨
© Copyright 2026, All Rights Reserved