“Qalatasaray” həbsə aparan qadağaları paylaşıb
Bu gün UEFA Çempionlar Liqasının ilk pley-off oyununu səfərdə İsveçrə komandası "Yanq Boyz"a qarşı keçirəcək "Qalatasaray" sosial media hesabı üzərindən azarkeşlərinə xəbərdarlıq paylaşıb.
90plus.az xəbər verir ki, klub qaydalara riayət etməyən və xoş olmayan hallarda adı keçən azarkeşlərin həbs oluna biləcəyini bildirib:
"Azarkeş yürüşləri qadağandır. İsveçrə Cinayət Məcəlləsinə görə, pankartlarla, bayraqlarla və geyimlərlə siyasi və şiddətə meyilli mesajlar vermək olmaz. Bundan başqa, siyasi mesajları özündə əks etdirən hər bir şey, sözlü ifadə qadağandır. Xatırlatmaq istəyirik ki, qanunlar pozulduğu təqdirdə səlahiyyətli orqaların daha sərt qaydalar tətbiq etmək hüququ var.
Həmçinin İsveçrə qanunlarına görə, şəhərdə və ya stadionda məşəl, fişəng və digər priotexniki vasitələrdən istifadə qadağandır. Bu vasitələrdən istifadə edən şəxslər həbslə üzləşə bilərlər".
Çempionlar Liqası, pley-off. İlk oyun:
Saat 23:00 Yanq Boyz - Qalatasaray
TV: CBC Sport; TRT 1; Okko Sport.
© Copyright 2026, All Rights Reserved