"Qalatasaray" hücumçusunu icarəyə göndərir
"Qalatasaray"ın hücumçusu Ahmed Kutucunun Super Liqada klubunu dəyişmək ehtimalı var.
90plus.az xəbər verir ki, "Fanatik" nəşrinin məlumatına görə, "Göztepe" 25 yaşlı türkiyəli vingeri heyətinə qatmaq niyyətindədir.
İzmir təmsilçisi Kutucunun icarəsi üçün “sarı-qırmızılılar”a rəsmi təklif göndərib. “Göztepe” futbolçunun maaşının tam ödənilməsini də öz üzərinə götürməyə hazırdır.
Xatırlatma: Ahmed Kutucu 2024-cü ilin yanvarında "Qalatasaray"a "Eyüpspor"dan transfer olunmuşdu. O, İstanbul nəhənginin heyətində keçirdiyi 18 rəsmi qarşılaşmada 2 dəfə fərqlənib. Təcrübəli futbolçu həm də Türkiyə millisində çıxış edib.
© Copyright 2026, All Rights Reserved