"Qalatasaray" İkardini saxlamaq istəyir
"Qalatasaray" mövsüm sonunda müqaviləsi bitəcək Mauro İkardi ilə bağlı qərarını müəyyənləşdirib.
90plus.az xəbər verir ki, Türkiyə çempionu kapitanını komandada tutmaq niyyətindədir. Bu barədə "Sky Sports" telekanalı xəbər yayıb.
İstanbul klubu argentinalı forvardın sözləşməsinin müddətini uzatmağı düşünür. Klub yaxın günlərdə 33 yaşlı hücumçu ilə yeni müqavilə üçün danışıqlara start verəcək.
Xatırlatma: Mauro İkardi 2022-ci ilin yayından "Qalatasaray"ın heyətində çıxış edir. Ulduz futbolçu bu mövsüm “sarı-qırmızılar”la iştirak etdiyi 15 rəsmi görüşdə 6 dəfə fərqlənib.
© Copyright 2026, All Rights Reserved