"Qalatasaray" "Man Siti"nin futbolçusu üçün "nəbz yoxlayır"
“Qalatasaray” “Mançester Siti”nin oyunçusu Cek Qrilişi transfer etmək niyyətindədir.
90plus.az xəbər verir ki, “The Mirror”a istinadən Türkiyə çempionu 30 yaşlı futbolçuya və “şəhərlilər”ə təklif göndərib. Hazırda icarə ilə “Everton”da çıxış edən Qriliş İngiltərəni tərk etməyi düşünür.
İngilis futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının 30-dək davam edir. Xosep Qvardiola onu komandada görmək istəmədiyi üçün, Qrilişin ilk seçiminin “Qalatasaray” olacağı deyilir.
“Aston Villa” və “Notts County”də çıxış edən Cek 2021-ci ildən “Mançester Siti”nin formasını geyir və bu mövsümün əvvəlində icarə ilə “Everton”a göndərilib.
© Copyright 2026, All Rights Reserved