"Qalatasaray" nigeriyalı hücumçu ilə maraqlanır
“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Qalatasaray” nigeriyalı futbolçunu transfer etməyi planlaşdırır. Bu barədə məlumatı “Fanatik” nəşri yayıb.
İstanbul klubu Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldiyi təqdirdə Lukman üçün hərəkətə keçəcək.
“Atalanta” 28 yaşlı forvard üçün 20 milyon avro təzminat tələb edir. Təcrübəli oyunçunun maaş istəyi isə illik 8 milyon avrodur.
Qeyd: Ademola Lukman 2022-ci ilin yayında “Leypziq”dən “Atalanta”ya transfer olunub. Nigeriya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində 8 rəsmi matçda 1 qol vurub. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
© Copyright 2026, All Rights Reserved