"Qalatasaray" oyunçusu ilə müqaviləni uzatdı
"Qalatasaray" futbol klubu gənc oyunçusu Efe Akmanın sözləşmə müddətini uzadıb.
90plus.az xəbər verir ki, 18 yaşlı futbolçu ilə imzalanan ilk peşəkar müqavilə 2028-ci il 30 iyuna qədərdir.
Qeyd: "Qalatasaray"ın yetirməsi olan oyunçu Türkiyə U-19 millisinin üzvü "cim-bom"un əsas komandasında 2 rəsmi matçda meydana çıxıb.
Mənbə: "Qalatasaray" klubunun media hesabı
© Copyright 2026, All Rights Reserved