"Qalatasaray"dan ardıcıl yeddinci qələbə -REKORD
Türkiyə Superliqasında VII tura start verilib.
90plus.az xəbər verir ki, turun açılış qarşılaşmasında “Qalatasaray” səfərdə “Alanyaspor”la üz-üzə gəlib. Matç İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
“Alanyaspor” – “Qalatasaray” 0:1
Mauro İkardi 23'
İkardinin qolu:
https://t.me/doxsanplus/108263
Ardıcıl yeddinci qələbəsini əldə edən “Qalatasaray” 21 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. 9 xalı olan “Alanyaspor” isə 8-ci sırada yer alır.
Qeyd: Bu, "Qalatasaray" tarixində ilk dəfədir yaşanır.
© Copyright 2026, All Rights Reserved