"Qalatasaray" fransalını göndərir
"Qalatasaray" ötən mövsüm "Başakşəhər"ə icarəyə götürülərək komandaya qayıdan Leo Dübua ilə bağlı qərarını verib.
90plus.az xəbər verir ki, sarı-qırmızılılar gözləntiləri qarşılaya bilməyən fransalı futbolçu ilə ayrılmaq qərarına gəlib.
Sağ cinah müdafiəçisi və yarımmüdafiəçi transferlərini də həyata keçirəcək “Qalatasaray” xarici kvotası dolduğu üçün Dübua ilə vidalaşacaq.
Onun ayrılmaq qərarından sonra Dübua üçün klub axtarışları başlayıb.
Qeyd: 29 yaşlı Leo Dübuanın "Qalatasaray"la hazırkı müqaviləsi gələn il başa çatır.
© Copyright 2026, All Rights Reserved