“Qalatasaray”dan kritik qələbə! Leroy Sane parladı
Türkiyə Super Liqasının 9-cu turunda “Qalatasaray” səfərdə “Başakşəhər”in qonağı olub.
90plus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada Almaniyalı ulduz futbolçu Leroy Sane iki qol vuraraq görüşün qəhrəmanına çevrilib.
Oyunun 45+3-cü dəqiqəsində “Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan mərkəzdə topu ələ keçirərək rəqibini keçib və ötürməsini Leroy Saneyə verib. Cərimə meydançasında topla buluşan Sane dəqiq zərbə ilə hesabı açıb — 0:1.
İkinci hissənin 63-cü dəqiqəsində Sane bir daha fərqlənərək “Qalatasaray”ın üstünlüyünü ikiqat artırıb.
Leroy Sane Super Liqada son dəfə 3-cü turda “Kayserispor”la səfər qarşılaşmasında qol vurmuşdu. Ulduz futbolçu 6 tur sonra yenidən qolla yadda qaldı.
Sane sonuncu dəfə 2.5 il əvvəl “Bayern Münhen” formasında “Verder”ə qarşı səfərdə iki qol vurmuşdu. Bu uğuru o, “Başakşəhər”ə qarşı təkrarlayaraq karyerasında əlamətdar bir matç keçirdi.
Matçda vurulan qolların videoları:
https://t.me/doxsanplus/109284
https://t.me/doxsanplus/109294?single
© Copyright 2026, All Rights Reserved