"Qalatasaray"ın müdafiəçisi uzun müddətli sıradan çıxdı
Türkiyənin "Qalatasaray" klubunda ciddi itki yaşanıb.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Vilfred Sinqo sıradan çıxıb. Klubun mətbuat xidməti bu barədə rəsmi açıqlama yayıb.
Fil Dişi Sahili millisinin üzvü Super Liqanın 8-ci turunda "Beşiktaş"la (1:1) oynanan görüşdə ayaq əzələsindən zədə alıb. 24 yaşlı mərkəz müdafiəçisinin 3-4 həftə meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd: "Qalatasaray" Vilfred Sinqonu bu ilin avqustunda "Monako" klubundan transfer edib. O, sarı-qırmızılıların heyətində keçirdiyi 7 rəsmi oyunda 1 assistlə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved