"Qalatasaray"ın Okan Burukla bağlı qərarı
"Qalatasaray" baş məşqçisi Okan Burukla bağlı qərarını verib.
90plus.az xəbər verir ki, Çempiyonlar Liqasında "Yanq Boys"a məğlub olan "Qalatasaray"da rəhbərlik və futbolçular qədər baş məşqçi Okan Buruk da tənqidlərin mərkəzində idi.
"Qalatasaray"ın Çempiyonlar Liqasından çıxmasından sonra Okan Buruk da tənqidlərin hədəfi olmuşdu. Sarı-Qırmızılı komandanın rəhbərliyi Okan Burukla bağlı qərarını verdi. Komanda baş məşqçi ilə yola davam qərarı verdi. Sarı-Qırmızılılardan verilən açıqlamada, Okan Burukun 2024-25 mövsümü üçün 110 milyon 250 min TL (5.5 milyon manat) net maaş alacağı bildirilib.
© Copyright 2026, All Rights Reserved