Ərdoğan Ali Koçu qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, "Fənərbaxça" prezidenti Ali Koç və idarə heyətini qəbul edib.
90plus.az xəbər verir ki, Beştəpədəki Prezident Sarayında "Fənərbaxça"nın rəhbərlərini qəbul edən Prezident Ərdoğan, çıxışında Türk futbolundakı gərgin atmosferin sona çatması lazım olduğunu vurğulayaraq "Futbolun keyfiyyəti baxımından elə bir səviyyəyə gəlməliyik ki, edilən haqsızlıqlar belə məqsədlərimizlə aramıza girməsin." deyə bildirib.
Ali Koç, Ərdoğana sarı-lacivərtli futbolçuların imzaladığı bir forma hədiyyə edib.
© Copyright 2026, All Rights Reserved