Renat Dadaşovun yeni baş məşqçisi məlumdur
Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"də yeni baş məşqçisi müəyyənləşib.
90plus.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. Kenan Koçakla 1+1 illik müqavilə imzalandığı bildirilir. O, bu vəzifədə Cihat Arslanı əvəzləyib. Ankara təmsilçisi deyilənlərə inansaq, "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu ilə də danışıqlar aparırdı.
Qeyd: Renat Dadaşov bu mövsüm "Ankaragücü"nün heyətində 5 oyuna 2 qol vurub və 1 qolun ötürməsini edib.
© Copyright 2026, All Rights Reserved