"Renn" türkiyəli hücumçunu icarəyə verdi
"Renn" Bartuğ Yıldırımı "Xetafe"yə icarəyə verib.
90plus.az xəbər verir ki, türkiyəli futbolçu Bartuğ bu il karyerasını İspaniyada davam etdirəcək. 22 yaşlı hücumçu "Xetafe"yə (İspaniya) keçib. Onunla 2024/2025 mövsümünün sonunadək müqavilə imzalanıb.
Qeyd:Bartuğ "Renn"ə ötən ilin yayında "Hatayspor"dan keçib. O, Liqa 1 klubunda 28 matça çıxıb, 1 qol vurub və 2 qolun ötürməsini verib. Futbolçu Türkiyə millisində ötən il debüt edib.
© Copyright 2026, All Rights Reserved